Solo: Ulduz müharibələri əhvalatı

Solo: Ulduz müharibələri əhvalatı

2180

Filmdə Han Solonun gənclik illərindən bəhs edilir. 10 yaşlı Solonun həyatda ən böyük arzusu kosmik gəmi pilotu olmaq idi. O, hətta bunun üçün uçuş akademiyasına da qəbul olunmağı bacarmışdı. Ancaq hər zaman öz bildiyini etdiyi və akademiyanın intizam qaydalarını pozduğu üçün onu təhsil müəssisəsindən kənarlaşdırırlar. Buna baxmayaraq, akademiyadan atılması onu bu istəyindən döndərmir. Əksinə, özünə söz verir ki, arzusunu reallaşdırmaq üçün əlindən gələni edəcək və Qalaktikanın ən yaxşı pilotuna çevriləcək. Amma ustalığını təlimlərdə deyil, güclünün zəifi əzdiyi amansız dünyada sübuta yetirməli olacaq. Qarşıda onu çoxsaylı sınaqlar və ölümcül təhlükələr gözləyir.


Reytinq:


Janr

Fantastika, Döyüş, Macəra

Ölkə

Amerika Birləşmiş Ştatları

İl

2018

Aktyorlar

  • Emilia Clarke
  • Woody Harrelson
  • Paul Bettany
  • Thandie Newton
  • Alden Ehrenreich
  • Donald Glover
  • Phoebe Waller-Bridge
  • Joonas Suotamo

Rejissorlar

  • Ron Howard
Dalga TV © 2017