Lənətə gəlmiş ürək

Lənətə gəlmiş ürək

1341

Lenni tənbəl və məsuliyyətsiz gəncdir. Günlərini dostları ilə çılğın şənliklərdə keçirir. Gələcək aqibəti onu ümumiyyətlə düşündürmür. Onun bütün xərclərini atası öz üzərinə götürüb. Onların qaldıqları şəhərdə bütün gününü evdə keçirən 15 yaşlı yeniyetmə Devid yaşayır. Ürəyində anadan gəlmə qüsur olduğundan, həmyaşıdları kimi gənclik həyatının dadını çıxara bilmir. Həkimlər onun səhhəti ilə bağlı heç də ürəkaçan xəbərlər vermirlər. Devidin ölümünə sayılı günlər qaldığı söylənilir. Lenninin atası oğlunun məsuliyyətsiz həyatından cana gələrək, ona Devidin qeydinə qalmağı tapşırır. Lenni və Devid həmxasiyyət olmasalar da, qısa zamanda ən yaxın dostlara çevrilirlər. Lenni fiziki məhdudiyyətli dostuna həyatdan ləzzət almağı öyrədir, Devid isə əksinə onu məsuliyyətli olmağa vadar edir.


Reytinq:


Janr

Dram, Komediya, Macəra

Ölkə

Almaniya

İl

2017

Aktyorlar

  • Elyas M'Barek
  • Philip Schwarz
  • Nadine Wrietz
  • Uwe Preuss
  • Lisa Bitter

Rejissorlar

  • Marc Rothemund
Dalga TV © 2017