Daxil olma

Daxil olma

3113

Gənc qadın Şon Rassel atasının ölüm xəbərini aldıqdan sonra ona miras qalan daşınmaz əmlakı satmaq üçün uşaqları ilə birlikdə valideynlərinin qaldığı şəhərə yollanır. Yeniyetməlik illərindən bəri evi tərk edən Rassel, atasının evi ən son təhlükəsizlik texnologiyaları ilə təchiz etdiyini, siqnalizasiya və güllə keçirməyən pərdələr quraşdırdığını öyrənir. O, əvvəl bunun səbəbini heç cür anlaya bilmir və atasının ölümqabağı paranoya gördüyünü ehtimal edir. Ancaq çox keçmədən evə bir dəstə silahlı quldur basqın edir. Onlar külli miqdarda pulun saxlanıldığı gizli otağı axtarırlar. Cinayətkarlar evdə heç kimin olmayacağını güman etdiyindən, indi ilk növbədə lazımsız şahidləri aradan götürməlidirlər. Amma onlar uşaqlarını qorumağa çalışan ananın nələrə qadir olduğunu təsəvvürlərinə belə gətirə bilməzdilər.


Reytinq:


Janr

Kriminal, Dram, Döyüş, Triller

Ölkə

Amerika Birləşmiş Ştatları

İl

2018

Aktyorlar

  • Gabrielle Union
  • Billy Burke
  • Richard Cabral
  • Ajiona Alexus
  • Levi Meaden

Rejissorlar

  • James McTeigue
Dalga TV © 2017