Beyrut

Beyrut

4482

Meyson sonuncu dəfə Livanın paytaxtında 1972-ci ildə olub. Həmin dönəmlərdə Beyrutu “Yaxın Şərqin Parisi” adlandırırdılar. O, ABŞ səfirliyi işçiləri üçün tez-tez içki şənlikləri və ziyafətlər təşkil edirdi. Uğursuz əməliyyatda həyat yoldaşını itirəndən sonra onun həyatı alt-üst olur. Fikirdən içki düşkününə çevrilir. Ancaq iş elə gətirir ki, dostunu girovluqdan azad etmək üçün yenidən Beyruta qayıtmağa məcbur olur. Meysonun möhtəşəm şəhər kimi xatırladığı Beyrutun gözəlliyindən əsər-əlamət qalmayıb. Döyüşlərlə əlaqədar şəhərin bir çox yerləri viran qalıb. Meyson casus olmasa da, bir çox keyfiyyətlərinə və yerli insanlara, onların ənənələrinə bələd olmaq baxımından bu peşənin sahiblərindən heç də geri qalmır. O, burada girov mübadiləsini təşkil etməlidir. İşin çətin tərəfi ondadır ki, dostunun sərbəst buraxılması üçün qarşı tərəfin tələb etdiyi döyüşçü liderin harada olduğunu heç kim bilmir.


Reytinq:


Janr

Kriminal, Dram, Triller

Ölkə

Amerika Birləşmiş Ştatları

İl

2018

Aktyorlar

  • Jon Hamm
  • Dean Norris
  • Rosamund Pike
  • Larry Pine
  • Shea Whigham

Rejissorlar

  • Brad Anderson
Dalga TV © 2017