"Zülmət" serialının müəlliflərinin yeni layihəsi

2017-ci ilin dekabr ayının 1-də “Netflix” kanalında işıq üzü görən “Zülmət” serialı tamaşaçılar tərəfindən çox bəyənilmişdi. “Zülmət”ə qarşı diqqətin çox olduğunu görən şirkətin prodüserləri serialın müəlliflərinə yeni serial lentə almağı təklif ediblər. Beləliklə, Baran bo Odar və Yantye Frize “Netflix” üçün “1899” adlı serial çəkəcəklər. Serialda 1899-cu ildə Avropalı miqrantların Amerikaya səyahətlərindən söhbət gedəcək.

Dalga TV © 2017