Zoi Saldana "Avatar"dan danışdı

“L.A. Times” jurnalına verdiyi müsahibəsində populyar aktrisa Zoi Saldana “Avatar” filminin çəkilişlərindən danışıb. Aktrisanın dediyinə görə, hazırda yaşıl ekran önündəki çəkilişlər yekunlaşıb. Bundan sonra onlar çəkilişləri təbiət qoynunda Yeni Zelandiyada aparacaqlar. Aktrisa onu da vurğulayıb ki, yeni çəkilən “Avatar” birinci hissədən həm effektlərə görə, həm sujet xəttinə görə fərqlənəcək. Filmdə Zoi Saldana, Sem Uortington, Covanni Ribizi, Keyt Uinslet və başqa ulduzlar da çəkiliblər. Filmin rejissoru əvəzolunmaz Ceyms Kamerondur. Premyera tarixi isə 2020-ci ilin dekabr ayının 18-nə planlaşdırılır. 

Dalga TV © 2017