Zak Efron və Metyu Makkonaxi yeni filmdə

Tanınmış aktyorlar, gənclərin sevimliləri Zak Efron və Metyu Makkonaxi komediya janrında olan “Çimərlik dilənçisi” adlı filmə çəkilirlər. Filmin rejissorluq kürsüsündə Xarmoni Korin əyləşib. Filmdə heç bir qanuna tabe olmayan və həyatını istədiyi kimi yaşayan, çılğın Mundoq adlı insanın həyat hekayəsindən söhbət gedir. Zak və Metyudan başqa filmdə Ayla Fişer, Snup Doqq, Rikki Diaz kimi aktyor və aktrisalar çəkiliblər. Filmin nümayişinin bu il olacağı gözlənilir.

Dalga TV © 2017