
Məşhur
rejissor, ssenarist və prodüser Piter Ceksondan möhtəşəm bir film gəlir. Filmin
adı “Yırtıcı şəhərlərin xronikası”dır. Filmdə gələcəkdə baş vermiş 60 dəqiqəlik müharibə nəticəsində yırtıcı şəhərlərin
üzə çıxmasından söhbət gedir. Filip Rivin romanı əsasında çəkilmiş filmin baş
rollarında Hera Hilmar, Huqo Uivinq, Stiven Lenq və başqaları çəkiliblər.
Filmin premyerası dekabr ayının 13-də olacaq.