“Yırtıcı” filmi davam edir

“Yırtıcı” filminin yeni seriyalarından birinin bu yaxınlarda treyleri işıq üzü görəcək. Filmin rejissoru Şeyn Blek bu barədə saytların birinə məlumat verib. Hətta rejissor iddia edir ki, onun lentə aldığı “Yırtıcı” filmi digərlərindən həm süjet xəttinə görə, həm də döyüş səhnələrinə görə xeyli fərqlənəcək. Filmin ssenarisi üzərində “Robokop” filmindən tanıdığımız Fred Dekker işləyib. Film bu ilin sentyabr ayının 13-də kinoteatrlarda nümayiş olunacaq.

Dalga TV © 2017