"Yaxşı atıcı"nın davamı gəlir

Bir zamanlar mərhum rejissor Toni Skotun lentə aldığı “Yaxşı atıcı” filmi tamaşaçılar tərəfindən çox bəyənilmişdi. Beləliklə, prodüserlər heç düşünmədən filmin davamını lentə almağa qərar verdilər. Hətta filmin çəkilişləri artıq başlayıb. Bu barədə ilk xəbəri filmin baş rol ifaçısı Tom Kruz öz “Twitter” səhifəsində paylaşıb. Filmin prodüserliyini birinci hissədə olduğu kimi ikinci hissədə də Cerri Brukxaymer edəcək. Rejissorluq kürsüsündə isə “Tron“, “Oblivion” filmlərindən tanıdığımız Cozef Kosinski əyləşəcək. Film 2019-cu ilin iyul ayının 12-də kinoteatrlarda nümayiş olunacaq.

Dalga TV © 2017