
“Sərhədi
keçmək”, “Qladiator” və başqa popular filmlərin peşəkar aktyoru Xoakin Feniksin
“Joker” obrazını canlandıracaq xəbəri kino həvəskarlarını əməlli-başlı həyəcanlandırıb. Bu xəbər yayılar-yayılmaz kino xəbəri yazan jurnalistlər Tod Filipslə əlaqə saxladılar. Məşhur rejissor
bu xəbəri tam təsdiqləməsə də, amma məhz Xoakin Feniksi “Joker” obrazında görmək
istədiyini deyib. Rejissorun yaxın ətrafı aktyorun da bu rola marağı olduğunu təsdiqləyiblər.
Bircə, “Warner Bros.” studiyasının Xoakinə edəcəyi təklif qalır. Bu xəbəri də
yaxın günlərdə biləcəyik.