"Xan Solo"dan sonra bütün layihələrə dayandı

“Lucasfilm”in lentə aldığı və nümayiş etdirdiyi “Xan Solo” filminin uğursuzluğundan sonra studiyanın prodüserləri “Ulduz müharibələri” filmlərinin digər seriyalarının lentə alınmasını təxirə saldılar. “Lucasfilm” gələcəkdə Obivana Kenobi və Bob Fetta kimi obrazlar üçün solo filmlər lentə almağı planlayırdı. Deyilənə görə, Obi Van haqqında olan filmin rejissorluğunu “Saatlar”, “Billi Elliot“ filmlərindən tanıdığımız Stiven Doldri edəcəkdi. Amma "Xan Solo" filminin uğursuzluğu bütün planları alt-üst etdi. 

Dalga TV © 2017