Vivien Linin obrazını kim canlandıracaq?

“Küləklə sovrulanlar”, ”Arzu tramvayı” filmlərinin əfsanəvi aktrisası Vivien Li haqqında serial çəkiləcək. Serialda aktrisanın səhnəyə gəlişi, keçdiyi çətin yollar, məşhur filmləri haqqında ətraflı məlumat veriləcək. Serialın ssenarisi üzərində Styuart Xarkort işləyəcək. Prodüserlər Vivien Li obrazını məşhur aktrisa Natali Dormerə həvalə etdilər. Serialın adı və premyera tarixi isə hələki məlum deyil.

Dalga TV © 2017