
Rusiya
rokunun popular ifaçısı “Kino” qrupunun yaradıcısı və ifaçısı olan mərhum
Viktor Çoy haqqında Kiril Serebrennikov “Yay” filmini çəkməyə hazırlaşır. Filmin
süjet xətti Mayk Naumenkonun həyat yoldaşı Natalya və Viktor Çoy ilə münasibətindən
bəhs edir. Bu münasibətlər 1981-ci ildə Leninqrad şəhərində baş verir. Elə həmin ildə “Led Zeppelin”, “David Bowie” və başqa rok ifaçılardan bəhrələnən bu üçlük Rusiyada rokun təməlini qoyurlar. Viktor Çoy birinci albomunu
yazdırır, Mayk isə “Zoopark” adlı qrupa üzvlər axtarır. Mayk Naumenkonun roluna
rejissor “Zveri” qrupunun üzvu olan Roma Zveri dəvət edib. Maykın həyat yoldaşı
olacaq Natalya roluna isə "Cazibə qüvvəsi“ filmindən tanıdığımız İrina Starşenbaum
dəvət alıb. O ki qaldı, Viktor Çoya onun rolunu isə Koreyalı aktyor Teo Yu
canlandıracaq.