"Venom" filmi kinoteatrlarda liderliyini qoruyur

Artıq iki həftədir ki, kinoteatrlarda nümayiş olunan “Venom” filmi həm baxış sayına görə, həm də gətirdiyi gəlirə görə, digər nümayiş olunan filmlərdən öndədir. İki həftəyə “Venom” filmi 35,7 milyon dollar gəlir gətirib. Filmin dünya kinoteatrlarından gətirdiyi gəlir isə 378 milyon dolları ötüb. Ən çox baxılan filmlərdən ikinci yerdə Bredli Kuperin lentə aldığı və baş rollarında Bredli Kuper və Ledi Qaqanın oynadığı “Ulduz doğuldu” filmidir. Film 2 həftəyə 28 milyon dollar qazanıb. Üçüncü yerdə isə Demyen Şazelin lentə aldığı “Aydakı adam” filmi dayanır. Film ikinci həftəsində 16,5 milyon dollar gəlir gətirib.

Dalga TV © 2017