"Venom" birinci həftədə yaxşı nəticə göstərdi

Tamaşaçılar tərəfindən səbirsizliklə gözlənilən filmlərdən olan “Venom” filmi ilk həftəsonunda prodüserlərin xəzinəsinə 80 milyon dollar gəlir gətirdi. Nəzərinizə çatdıraq ki, ABŞ-da ilk həftədə “Venom”dan öncə yaxşı nəticə göstərən film “Yer çəkimi” filmi idi. “Yer çəkimi” birinci həftəsində 55.78 milyon dollar gəlir gətirmişdi. Baş rollarında Bredli Kuper və Ledi Qaqanın oynadığı “Ulduz doğuldu” filmi isə 41.25 milyon dollar gəlir gətirib.

Dalga TV © 2017