“Üzüklərin hökmdarı” serial olacaq

Ötən ilin noyabr ayında “Amazon Studios” “Üzüklərin hökmdarı” filminin və ssenarisinin bütün hüquqlarını alaraq filmi serial halına gətirəcəyini açıqlamışdı. Deyilənə görə, studiya “Üzüklərin hökmdarı” filminin serialına nə az, nə çox düz 500 milyon dollar xərcləməyi planlaşdırır. Bu vəsait serialın yalnız 2 sezonuna xərclənəcək. Hətta “Üzüklərin hökmdarı”nın hüquqları “Amazon Studios”a  250 milyon dollara başa gəlmişdi. Serial haqqında hələ dəqiq məlumat verilməsə də, ümid edirik ki, film kimi serial da gəlir gətirəcək.

Dalga TV © 2017