Uill Smitin yeni filmi

Dünyaca məşhur rejissor Enq Lidən yeni film gəlir. Fantastik döyüş janrında çəkilən filmin baş rolunda əvəzolunmaz aktyor Uill Smit oynayıb. Əslində film 1997-ci ildə çəkilməli idi. O vaxt bu filmin rejissorluq kürsüsündə məşhur rejissor Ridli Skotun mərhum qardaşı Toni Skott əyləşməli idi. 1997-ci ildən sonra ssenari bir neçə dəfə dəyişsə də, yalnız 2018-ci ildə layihəyə start verildi. Filmin prodüserliyini dünyaca məşhur Cerri Burkxaymer edəcək. Baş rollarda Uill Smitdən başqa Klayv Ouen, Meri Elizabet Uinsted, Benedikt Vong və başqaları oynayacaqlar. Filmin adı “Əkiz” olacaq. Premyera tarixi isə 2019-cu ilin oktyabr ayının 3-də baş tutacaq.

Dalga TV © 2017