
Dünya miqyaslı “Sony” şirkəti gələcək
layihələri haqqında məlumat yayıb. “Qasid” adlı dram filmi 2019-cu ilin aprel
ayının 5-də nümayiş olunacaq. Nəzərinizə çatdıraq ki, “Qasid” filmində baş
rolda məşhur aktyor Tom Xenks oynayıb. Qorxu filmi sevən tamaşaçılara da xəbər
var. Məşhur “Lənət” filminin remeyki isə 2019-cu ilin avqust ayının 16-da nümayiş
olunacaq. "Lənət" filminin yeni seriyasında baş rollarda Deniel Bişirom və
Andrea Rayzboro oynayıblar.