Tom Hardy "Al Capone" olacaq?

“Venom” filminin çəkilişləri bitər-bitməz məşhur aktyor Tom Hardy yeni filmə çəkilməyə razılıq verib. Ssenari və rejissorluğunu edəcək Coş Trank Hardiyə “Fonzo” adlı filmdə “Al Capone” obrazını canlandırmağı tapşırıb. Filmin çəkilişləri aprel ayının 2-də Nyu Orleanda başlayacaq. Filmdə təkcə Al Caponenin törətdiyi cinayət əməllərindən bəhs olunmayacaq, həm də o vaxtın məşhur cinayətkarları yer alacaqlar. Filmin prodüserliyini isə Lourens Bender edəcək. O, həm də  Kventin Tarantinonun bir çox filmlərində prodüser kimi çalışıb.

Dalga TV © 2017