“Tom Clancys The Divison” film olacaq

Son zamanlar məşhur olan oyunlar ekranlaşdırılır. O oyunlardan biri də “Ubisoft” şirkətinin istehsal etdiyi “Tom Clancys The Divison” oyunudur. Bu oyunun film versiyasını “Deadpool 2”, “Cazibədar sarışın” və s. filmlərdən tanıdığımız məşhur rejissor Devid Litç lentə alacaq. Filmin baş rollarında Cessika Çesteyn və Ceyk Cilenxoll oynayacaq. Filmin premyera tarixi isə hələki məlum deyil. Hazırda rejissor “Forsaj” filminin növbəti seriyası üzərində işləyir.

Dalga TV © 2017