Til Şvaygerin yeni filmi

Məşhur aktyor və rejissor Til Şvaygerin 2014-cü ildə lentə aldığı və baş rolda oynadığı “Başda bal” filmi ekranlara çıxar-çıxmaz Almaniyada populyarlıq qazanmışdı. Üstündən 4 il keçəndən sonra Şvayger o filmi yenidən lentə almaq qərarına gəlib. Lakin bu dəfə alman dilində yox, ingilis dilində. Hətta yeni filmdə çəkiləcək aktyorlar da artıq məlumdur. Filmdə Nik Nolti, Mett Dillon, Emili Mortimer kimi populyar adlar rol alacaqlar. Filmin ssenari müəllifi “Səninlə rastlaşana qədər” adlı dramatik filmdən tanıdığımız Coco Moyes olacaq.

Dalga TV © 2017