“The Weinstein Company” müflis oldu

Hollivudun ən məşhur prodüserlərindən biri olan Harvey Ueinsteynin qurduğu şirkət rəsmi olaraq müflis olduqlarını bəyan etdilər. Nəzərinizə çatdıraq ki, şirkəti iki qardaş olan Harvey və Bob qurmalarına baxmayaraq, bütün hüquqlar Harvey Ueinsteynə məxsus idi. O ki qaldı şirkətin müflis olmağına, ötən ilin sentyabr ayında bir neçə aktrisa Harvey Ueinsteyn haqqında “New York Times” qəzetinə müsahibə verərək, prodüseri hər işlədiyi qadın aktrisaya əxlaqsız təkliflər etdiyini söyləmişdilər. Bu müsahibədən sonra “The Weinstein Company” ilə əməkdaşlıq edən rejissor və studiyalar şirkətlə olan müqavilələrini pozmuşdular.

Dalga TV © 2017