"The Hunger Games” filminin rejissoru yeni layihədə

“Fox 2000” və “Chernin Entertainment” şirkətləri “S.T.A.G.S” filmi üçün Piter Kreyglə müqavilə imzalamaq istəyirlər. Yeni filmdə söhbət elit təbəqəyə məxsus məktəbdən gedəcək. Birinci kurs tələbəsi bu məktəbdə oxuyarkən bir məktub alır. O məktubda cəmi üç söz var: “Ov, atəş, balıq ovlama”. Bu məktubu oxuyan və bu oyunda iştirak etmək istəyən bir qrup tələbə, məktəbdən uzaqda yerləşən bir evə gəlməlidirlər. Birinci kurs tələbəsi olan Qrir Makdonald o evə gedəcək ya yox? Bunu bir neçə aydan və ya ildən sonra biləcəyik. Nəzərinizə çatdıraq ki, filmin ssenaristi olacaq Piter Kreyq “Ac oyunlar” filminin son iki seriyasının ssenaristidir.

Dalga TV © 2017