"Terror" davam edəcək

“AMC” telekanalının istehsal etdiyi məşhur serial olan “Terror”un 2-ci sezonu çəkiləcək. Deyilənə görə, serialın 2-ci sezonunun 1-ci sezonun süjet xətti ilə heç bir əlaqəsi olmayacaq. “Bloody Disgusting” nəşrinin yaydığı məlumata görə, “Terror” serialının 2-ci sezonunda söhbət İkinci Dünya müharibəsindən gedəcək. Serialın 2-ci sezonunun premyerası 2019-cu ildə olacaq.

Dalga TV © 2017