
İspaniyada
əfsanəvi film “Terminator”un çəkilişləri başladı. Filmin süjet xətti
“Terminator 2: Məhşər günü” filminin davamı olacaq. Hələki prodüserlər mətbuat
nümayəndələrinə filmin ssenarisi barədə ətraflı məlumat vermirlər. Nəzərinizə
çatdıraq ki, filmin prodüseri Ceyms Kamerondur. Baş rollarda isə Arnold
Şvartsenegger, Linda Hamilton, Makkenzi Devis və başqaları çəkiliblər. Filmin
premyerası 2019-cu ilin 22 noyabr tarixində baş tutacaq.