
Əgər qorxu elementləri ilə yanaşı
komediya janrında bir seriala baxmaq istəyirsinizsə, o zaman “Təbliğçi”
serialını mütləq izləməlisiniz. “AMC” kanalının çəkdiyi bu serialın artıq 3-cü
sezonu başlayır. Serial Qart Ennis və Stiv Dollanın komiksləri əsasında lentə
alınıb. 24 iyunda 3-cü sezona başlayacaq serialın baş rolunda dəyişməz olaraq
Dominik Kuper, Rut Neqqa, Cozef Qilqan və başqaları oynayacaqlar. Serialın
ssenarisini isə 1-ci və 2-ci sezonlarda olduğu kimi Semt Ketlin yazıb. Yeni
sezon 10 seriyadan ibarət olacaq.