
Bir
neçə gün bundan öncə məşhur aktrisa Uma Turman “New York Times” qəzetinə verdiyi müsahibəsində demişdi ki, “Kill Bill”
filminin çəkilişləri zamanı Tarantino onu öldürmək istəyirdi. Bu xəbər demək
olar ki, bütün qəzet və saytlarda manşet oldu. Bir neçə saat sonra bu xəbərə
rejissorun özünün də cavabı gəldi. “Mən Turmanı niyə öldürüm? Düzdü, onun
sürdüyü avtomobil qəza vəziyyətində idi, amma bunu yalnız hər şey təbii alınsın
deyə etmişdik“. Üstəlik bu cavabdan sonra Tarantino qəza anının videosunu öz
“İnstagram” səhifəsində paylaşdı. Bu paylaşım isə aktrisanın xoşuna gəldi və o,
belə cəsarətli addımına görə Tarantinoya xoş sözlər ünvanladı. O hadisədən
sonra rejissor və aktrisanın arasında küləklər əsməyə başlamışdı .Ümid edirik
ki, Tarantinonun bu paylaşımından sonra hər iki sənətkarı yenidən bir arada görəcəyik.