Tarantino və DiKaprio ikinci nəfəs

Leonardo DiKaprio 1970-ci il Los-Ancelesinə qayıdacaq. Aktyoru keçmişə qaytaran rejissor isə Kventin Tarantino olacaq. Uzun axtarışlar və danışıqlar sonrası, hazırda Hollivudun tələbatlıları sırasında olan Leonardo DiKaprio, Tarantinonun 9-cu filmində rol almağa razılıq verib. Leodan başqa rejissor Tom Kruz və Bred Pittin də namizədliyi barədə düşünüb. Amma, məharətinə “Azad olunmuş Canqo” filmindən bələd olan Kventin elə Leonun üzərində dayanıb. Dedi-qodulara inansaq, Tarantinonun 9-cu filmində DiKaprio, bir uğurlu serialdan sonra kino biznesinə qoşulmağa çalışan qoca televiziya aktyorunun obrazını canlandıracaq. Şayiələrə inansaq, rejissor bu filmə Al Paçinonu da dəvət etmək istəyir. Filmin çəkilişləri 2018-ci ilin iyun ayında başlamalıdır. Premyera isə 9 avqust 2019-cu ilə planlaşdırılır.

Dalga TV © 2017