Şvartsenegger "Terminator" haqqında

Məşhur aktyor Arnold Şvartsenegger fan portalı olan “The Arnoldfans”a  verdiyi müsahibəsində vurğulayıb ki, “Terminator” filminin çəkilişləri bir balaca uzanır. Çəkilişlər planlanlaşdırıldığı kimi may ayında yox, iyun ayında başlayacaq. Filmin rejissorluğunu “Deadpool” filmindən tanıdığımız Tim Miller edəcək. Filmin premyera tarixi isə 2019-cu ilin iyul ayının 25-nə planlaşdırılır. Nəzərinizə çatdıraq ki, bu film “Terminator” seriyasının 6-cı filmi olacaq.

Dalga TV © 2017