Sten Li vəfat etdi

İki gün bundan öncə “Marvel” qəhrəmanlarının yaradıcısı Sten Li 96 yaşında Los-Anceles şəhərində dünyasını dəyişdi. Nəzərinizə çatdıraq ki, Sten Li “Hörümçək adam“, “Dəmir adam“, “Fantastik dörtlük“, “Halk” kimi qəhrəmanların yaradıcısıdır. O, 1922-ci ildə Nyu-York şəhərində anadan olub. 1942-ci ildə əsgərliyə gedən Sten, 1945-ci ildə vətəninə qayıdaraq “Timely Comics” adlı nəşrdə işə düzəlib. O, bu nəşrdə işləyən zaman “Halk”, “Dəmir adam” kimi personajları yaradıb. Komiks qəhrəmanları tamaşaçılar tərəfindən sevilməyə başlayanda, Stenin yaratdığı obrazlar filmlərdə göstərilməyə başlayır. Sten Li məhz bu obrazlarla adını dünya kinomatoqrafiyasına yazdıra bilir.

Dalga TV © 2017