“Star Wars: The Last Jedi” kinoteatrlarda “Wonder Woman” filmini keçdi

Şimali Amerika kinoteatrlarında “Star Wars: The Last Jedi” filmi artıq 423 milyon dollardan artıq gəlir gətirib. Ən yaxşı gəlir gətirən “Star Wars”dan öncə “DC Komiks”i əsasında çəkilmiş “Wonder Woman” filmi idi. O, 412 milyon dollar gəlir gətirmişdi.

Hələlik gəlir gətirməkdə liderliyi “Beauty and the Beast “ fantastik musiqili film qoruyub saxlayır. “Beauty and the Beast” filmi 500 milyon dollardan artıq gəlir gətirib.  Amma dekabr ayının 31-nə qədər “Star Wars” “Beauty and the Beast “ filmini belə liderlikdən sala bilər. Hələki “Star Wars” seriyasının 8-cisi dünya kinoteatrlarında 800 milyondan çox gəlir gətirib. Əgər film belə davam edərsə, 2017-ci ilin ən çox gəlir gətirən filmi adını qazanacaq.

Dalga TV © 2017