
“Cinemacon” festivalında məşhur
rejissor Hindistan əsilli Nayt Şyamalan çox maraqlı bir açıqlama verib.
Rejissorun dediyinə görə, “Şüşə“ adlı film, baş rolda Ceyms Makevoyun oynadığı
“Split“ filminin davamıdır. Film hazırda çəkiliş prosesindədir. “Şüşə” adlı
filmin rejissoru və ssenaristi məhz Nayt Şyamalandır. Baş rollarda isə yenidən
Ceyms Makevoy, Samuel L. Cekson, Bryus Uillis və başqa aktyorlar oynayıblar.
Filmin premyerası isə 2019-cu ilin yanvar ayının 17-də baş tutacaq.