"Sopranos"un yaradıcısından yeni layihə

Əfsanəvi seriallardan biri olan “Sopranos”un yaradıcısı olan Devid Çeyz yeni bir serial üzərində işləməyə başlayacaq. Layihənin adı ”Nyuarkın müqəddəsləri”dir. Seriala dəstəyi “New Line Cinema” və “HBO” şirkətləri verir. Deyilənlərə görə, serialda 1960-cı ildə Nyuarkda baş verən qiyamdan söhbət gedəcək. Hətta belə şayiələr gəzir ki, yeni layihədə “Sopranos” serialından tanıdığımız bir çox aktyorlar da çıxış edəcəklər. Serialın ssenari müəllifi isə “Meymunlar planeti”, “Superman 4” filmlərindən tanıdığımız Lourens Konner olacaq.

Dalga TV © 2017