Skarlet Yohanssonun yeni layihəsi

“New Regency” kino şirkəti məşhur aktrisa Skarlet Yohanssonla danışıqlara başlayıb. Əgər aktrisa ilə şirkət rəsmiləri razılığa gəlsələr, Skarlet “Rub və Tug” filmində baş rolda oynayacaq. Filmin ssenarisini “Amerika istehsalı” filmindən tanıdığımız Hari Spinelli yazacaq. Rejissorluq kürsüsündə isə Rupert Sanders əyləşəcək. Nəzərinizə çatdıraq ki, Yohansson təkcə baş rolda oynamayacaq, həm də filmin prodüserliyini edəcək. Prodüserlər filmin çəkilişlərinə 2019-cu ilin fevral ayında başlamağı planlaşdırıblar.

Dalga TV © 2017