
Dünən
bütün kino sevənlər əməlli-başlı şokda idilər. Bir neçə blogerin yazdığına görə,
dünən səhər saatlarında Los-Ancelesdəki evində dünya şöhrətli aktyor Silvestr
Stallone prostat xərçəngindən dünyasını dəyişib. Bu xəbər digər saytlara ildırım
sürəti ilə yayılmağa başladı. Hətta iş o yerə gəldi ki, bəzi blogerlər iddia etdilər
ki, aktyor bu xəstəlikdən uzun müddət əziyyət çəkirmiş, lakin heç kimə heç nə
demirmiş. Bu xəbər Stallone ailəsinə çatanda onlar bunun yanlış olduğunu
vurğulayaraq dedilər ki, aktyor sağ-salamatdır və “Creed 2“ filminin posterini
belə öz “İnstagram” səhifəsində paylaşıb. Uzun sözün qısası, Stallone sağ-salamatdır.