"Şerlok Holms"un yenisi gəlir

“Warner Bros.” studiyasının prodüserləri “Şerlok Holms” filminin 3-cü hissəsinin premyera tarixini açıqlayıblar. Prodüserlərin dediklərinə inansaq, filmin 3-cü hissəsi 2020-ci ilin dekabr ayının 25-də işıq üzü görəcək. Filmin ssenarisi üzərində “Malibu Xilaskarları” filmindən tanıdığımız Castin Meylen, Nikol Perlman, Hari Uitta, Kiran Ficerald işləyiblər. Filmdə baş rolda Robert Dauni Jr. oynayacaq. Vatson rolunu canlandıran məşhur aktyor Cud Lounun filmdə iştirak edib-etməyəcəyi isə hələki məlum deyil. Filmin çəkilişləri 2019-cu ildə start götürəcək.

Dalga TV © 2017