“Şelkunçik və dörd krallıq”

Kinoteatrlara “Walt Disney” studiyasının lentə aldığı və uşaqların ən çox gözlədikləri filmlərdən biri olan “Şelkunçik və dörd krallıq” filmi gəlir. “Şelkunçik”in yeni çəkilmiş filminin rejissorları Lasse Hallström və Co Constondur. Filmdə Klara adlı gənc qıza valideynləri tərəfindən hədiyyə olunan Şelkunçik adlı oyuncaqdan söhbət gedir. Oyuncaqla gənc qızın birgə yaşadıqları macəralar nəinki uşaqları, hətta böyükləri belə təəccübləndirəcək. Nəzərinizə çatdıraq ki, filmin baş rollarında Kira Naytli, Morqan Frimen, Helen Mirren, Riçard Qrant və başqaları oynayıblar. Film bu ilin dekabr ayının 8-də kinoteatrlarda nümayiş olunacaq.

Dalga TV © 2017