"Şəfəq" filminin davamı gəlir

Məşhur aktyor olan Yuen Makreqorun yeni çəkiləcəyi film məlum oldu. Aktyor qorxu romanlarının populyar yazıçısı Stiven Kinqin romanı əsasında lentə alınacaq “Yuxu həkimi“ filminə çəkiləcək. Nəzərinizə çatdıraq ki, “Yuxu həkimi” bir zamanların məşhur filmi olan “Şəfəq” filminin davamıdır. Yuen Makreqor Denni Torrensin obrazını canlandıracaq. Filmin rejissoru Mayk Fleneqan olacaq. “Yuxu həkimi” filminin premyerası 2020-ci ilin yanvar ayının 24-də olacaq.

Dalga TV © 2017