Saşa Baron Koen "Netflix"lə müqavilə imzaladı

“Borat”, “Alisa güzgüdə” filmlərinin baş rol ifaçısı məşhur aktyor Saşa Baron Koen “Netflix” şirkəti ilə müqavilə imzalayıb. Aktyor şirkətin istehsal edəcəyi mini serialda rol alacaq. Serial 6 seriyadan ibarət olacaq. Mini serialın ssenari müəllifi və rejissoru Qideon Raffdır. Filmdə İsrail kəşfiyatçısı Eli Koenin 1960-ci ildə həyatında baş verən macəralardan söhbət gedəcək. Serialın adı isə “Casus“ olacaq. Serialı “Netflix”lə yanaşı “Legende Films” şirkəti maliyyələşdirəcək. 

Dalga TV © 2017