
Məşhur
rejissor Ceyson Raytmanın yeni filmi olan “Tully” tamaşaçılar tərəfindən gözlənilən
filmlər siyahısındadır. Filmdə Marlo adlı xanımdan söhbət gedir. Marlonun üç
uşağı var və bir neçə aydan sonra dördüncü uşağı dünyaya gələcək. Onun həyatı əmisi
oğlunun onlara gəlməsi ilə əməlli-başlı dəyişir. Çünki baş qəhrəmanın əmisi
oğlu özü ilə Talli adlı bir xanımı da gətirir. Filmin ssenari müəllifi “Cuno“
və “Cenniferin bədəni” filmlərindən tanıdığımız “Oskar” mükafatçısı Diablo
Koudidir. Filmin baş rollarında isə məşhur aktrisa Şarliz Teron və Makkenzi
Devis oynayıblar. Film iyul ayının 12-də kinoteatrlarda nümayiş olunacaq.