"Sakit yer"in davamı olacaq?

Son zamanların ən uğurlu trillerlərindən biri olan və ilk həftədə kinoteatrlardan prodüserlərin xəzinəsinə 50 milyon dollar gəlir gətirən “Sakit yer” filminin ssenaristləri Brayan Vuds və Skott Bek yenidən masa arxasına oturublar. Ssenaristlər filmin ikinci hissəsinin ssenarisi haqqında düşünürlər. Onların dediyinə görə, bu barədə bir neçə ideyaları var. “Sakit yer“ filminin rejissorluğunu “Ofis“, “Xollerlər” filmlərindən tanıdığımız Con Krasinski edib. Hazırda film kinoteatrlarda nümayiş olunur və gəlir gətirməkdə davam edir.

Dalga TV © 2017