"Sakit yer" nümayişə çox yaxşı başladı

Con Krasinskinin lentə aldığı “Sakit yer” trilleri ilk həftədə kinoteatrlardan prodüserlərə nə az, nə çox düz 50 milyon dollar gəlir gətirib. Əgər filmin büdcəsi 17 milyon dollar, gəliri isə 50 milyon dollardırsa, bu çox yaxşı göstəricidir. “Paramount” şirkətinə axırıncı dəfə belə gəliri 2016-cı ildə çəkilmiş “Startrek 3“ filmi gətirmişdi. Uğurlu layihələrdən olan “Qara Pantera” filmi hazırda 1,3 milyard dollar gəlir gətirib.

Dalga TV © 2017