"Ronin" filmi serial olacaqmı?

Michael Hirst deyəndə ağıla ilk gələn “Vikinglər“ və “Tyudorlar” serialı olur. Beləliklə, Michael Hirst “Green Pavilion Entertainment” adlı prodüser şirkətini açdı. Dünyaca populyar "MGM" şirkəti ilə əməkdaşlığa başlayan “Green Pavilion” 1998-ci ildə lentə alınmış “Ronin” filminin serial çəkilişlərinə başlayır.

Michael Hirst müsahibəsində deyir: "Bizim artıq serial çəkməkdə kifayət qədər təcrübəmiz var və ümid edirik ki, “Green Pavilion”a işində peşəkar olan rejissor, ssenarist və s. mütəxəssisləri cəlb edəcəyik".

1998-ci il istehsalı olan “Ronin” filmində baş rolları Robert de Niro, Jonathan Price, Jan Reno kimi peşəkar aktyorlar oynayıblar.

Dalga TV © 2017