Roman Polanskinin qonşusu kim olacaq?

“Variety” jurnalının jurnalistinin dediyinə görə, Kventin Tarantino 9-cu filmində Roman Polanskinin rolunu oynayacaq aktyorun axtarışına start verib. Nəzərinizə çatdıraq ki, Tarantinonun 9-cu filmi 1969-cu ildə məşhur rejissor Roman Polanskinin həyat yoldaşı Şeron Teyt və onun dostlarının Çarlz Menson tərəfindən qətlə yetirilməsindən bəhs edəcək. Bu filmdə popular aktyor Leonardo DiKaprio da yer alacaq. DiKaprio “Bounty law” verilişinin aparıcısı rolunda oynayacaq. Yayılan məlumata görə, Şeron Teytin rolunu isə Marqo Robbi canlandıracaq. Filmin çəkilişləri bu ilin yayında start götürəcək.

Dalga TV © 2017