"Robin Hud"un rejissorundan yeni serial

Artıq xeyli müddətdir ki, Hollivud prodüserləri məşhur konsol oyunlarını ekranlara gətirirlər. O oyunlardan biri də “Halo” oyunudur. Bu oyunu ekranlara serial formatında təqdim edəcək rejissor, bir neçə ay bundan öncə nümayiş olunan “Robin Hud: Başlanğıc” filmindən tanıdığımız Otto Bafyörst olacaq. Serialın ssenarisi üzərində “Ağıl oyunları”, “Oyanış“ filmlərinin ssenari müəllifi olan Kayl Killen işləyəcək. Serial tamaşaçılara 2020-ci ildə təqdim olunacaq.

Dalga TV © 2017