Robert Zemekisin yeni filmi

Dünyanın ən populyar rejissorlarından biri olan Robert Zemekisin “Marvenin möcüzəvi dünyası“ adlı filmini gözləyən kifayət qədər tamaşaçı var. Film yarı animasiya, yarı film kimi lentə alınıb. Filmin baş rollarında Stiv Kerell, Dayan Kryuqer, Eyza Qonsales, Lesli Mann və başqaları çəkiliblər. “Marvenin möcüzəvi dünyası“ filminin ssenarisi üzərində Robert Zemekis və Kerolayn Tompson işləyiblər. Nəzərinizə çatdıraq ki, film 2019-cu ilin yanvar ayının 10-da nümayiş olunacaq.

Dalga TV © 2017