Robert Zemekis "Cadugər"i çəkəcək

“Qovulmuş” və “Forrest Qamp” filmlərinin əfsanəvi rejissoru olan Robert Zemekisin növbəti layihəsi məlum olub. Rejissor Roald Dalin “Cadugər” romanının film versiyasını lentə alacaq. Məşhur rejissor filmin həm rejissorluğunu, həm də ssenari müəllifliyini edəcək. Filmin prodüserləri isə Cek Repk, Alfonso Kuaron, Gilyermo del Toro olacaqlar. Filmin çəkilişləri yaxın aylarda başlayacaq.

Dalga TV © 2017