Robert Pattinsonun yeni filmi

“Alatoranlıq” filmindən sonra sevilən aktyor Robert Pattinson “Yüksək təbəqə” adlı filmdə məhbus rolunu canlandıracaq. Filmin rejissoru “Yaxşı iş” filmindən tanıdığımız Kler Deni olacaq. Filmdə Pattinsondan əlavə Mia Qot, Julyet Binoş, Lars Aydinger, Andre Benjamin kimi aktyor və aktrisalar da yer alacaqlar. Filmin ssenari müəllifləri isə Kler Deni, Jan Pol Farjo, Nik Leyrd, Zeydi Smit olacaq. Filmin premyera tarixi gizli olaraq qalır.

Dalga TV © 2017