Robert De Niro da "Coker"də olacaq?

“Omega Underground”dan verilən məlumata görə, yeni çəkiləcək “Coker” filminin prodüserləri əfsanəvi aktyor Robert De Niroya təklif göndəriblər. Deyilənə görə, əgər məşhur aktyor filmdə çəkilməyə razılıq versə, o “Coker” filmində yeni Myurrey Franklin rolunu canlandıracaq. Nəzərinizə çatdıraq ki, yeni çəkiləcək Coker obrazını isə populyar aktyor Xoakin Feniks canlandıracaq. Filmin çəkilişləri sentyabr ayında başlayacaq.

Dalga TV © 2017